Belarus oynadı, uddu, Azərbaycan isə oynamadı, uddu
18.11.2009 - 10:22
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının mübarizə apardığı X seçmə qrupda bir matç baş tutub. Danimarkada keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq iddiasında olan Belarus komandası səfərdə Albaniyanı məğlub edib - 2:1.
Qonaqlar birinci hissədə Maksim Skavışın vurduğu 2 qolla hesabda irəli çıxıb. Albanların gücü isə 76-cı dəqiqədə Odise Roşinin qoluna çatıb. Bu nəticə daha çox yığmamız üçün sərfəli olub. Belə ki, artıq bir seçmə oyunu qalan Albaniya milli komandası axırıncı qarşılaşmasını Bakıda keçirəcək. Bu isə futbolçularımızın albanlarla 4 xal fərqini aradan qaldıraraq, sonucu pillədən qurtulmasına əlverişli şərait yaradır.

1 | Şotlandiya | 5 | 4 | 0 | 1 | 11-3 | 12 |
2 | Belarus | 5 | 4 | 0 | 1 | 11-7 | 12 |
3 | Avstriya | 5 | 3 | 1 | 1 | 9-6 | 10 |
4 | Albaniya | 7 | 1 | 1 | 5 | 9-17 | 4 |
5 | Azərbaycan | 4 | 0 | 0 | 4 | 3-10 | 0 |
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0