Bakıda 1 vəsiqəyə 4 iddialı
18.11.2009 - 12:15
Bakıda 1 vəsiqəyə 4 iddialı
Sabah futzal üzrə UEFA kubokunun elit raundunun ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, D qrupunda mübarizə aparan bütün komandaların görüşləri Bakı İdman Sarayında baş tutacaq. Azərbaycan çempionu Naxçıvanın “Araz” klubu ilə yanaşı, Qazaxıstan, Latviya və Yunanıstanın da ən güclü kollektivləri paytaxtımızda qüvvəsini sınayacaq. “Dördlər finalı”na yeganə vəsiqə iddiasında olan komandalar noyabrın 22-də həmin “xoşbəxti” müəyyənləşdirəcəklər. Matçları 4 hakim - Oleq İvanov (Ukrayna), Paskal Frits (Fransa), Marselino Blazkuezsierra (İspaniya) və Paskal Lemal (Belçika) idarə edəcək. Eyni zamanda hollandiyalı UEFA nümayəndəsi Marinus Vandenbekerom və sloveniyalı hakim-inspektor Silvo Boroşak da elit raundun şahidlərindən olacaq.

19 noyabr
18:30. “Kayrat” (Qazaxıstan) - “Nikars” (Latviya)
21:00. “Araz” (Azərbaycan) - “Atina-90” (Yunanıstan)

20 noyabr
18:30. “Kayrat” - “Atina-90”
21:00. “Nikars” - “Araz”

22 noyabr
18:30. “Atina-90” - “Nikars”
21:00. “Araz” - “Kayrat”
0