“Doğrudanmı, siz təyyarədə şərab içmisiniz?”
18.11.2009 - 12:27
Rumıniya milli komandasının futbolçusu Kristian Sepunaru mətbuat nümayəndələrinə qarşı qeyri-etik davrandığı üçün cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, 1000 avro məbləğində cərimələn “Portu” klubunun 25 yaşlı müdafiəçisi yığmanın qarşıdakı 2 oyununa çağırılmayacaq. Sepunaru Polşa ilə yoldaşlıq görüşündən qayıtdıqdan sonra Buxarest hava limanında KİV təmsilçilərinə qarşı ədəbsiz hərəkət edib. Belə ki, futbolçu rumın jurnalistin müsahibə götürmək istəyinə cavab olaraq, mətbuat işçilərini söyüb, operatorlardan birini isə itələyib.
Kristianunun özündən çıxmasına səbəb isə ona ünvanlanan “doğrudanmı, siz təyyarədə şərab içmisiniz?” sualı olub. Sepunarunun komanda yoldaşı Paul Kodrya və yığmanın iki məşqçisi onu güclə sakitləşdiriblər. Futbolçu elə qəzəblənib ki, hətta onu sakitləşdirməyə çalışanların da ünvanına xoşagəlməz sözlər işlədib.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0