PFL ilk dövrəyə yekun vurur
18.11.2009 - 13:49
PFL ilk dövrəyə yekun vurur
Azərbaycan Premyer Liqasında ilk dövrənin son turunun oyunlarının başlanma saatı açıqlanıb. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, XI turun görüşlərinin çoxu saat 14:00-da başlanacaq.

“Qarabağ” - “Olimpik-Şüvəlan” oyununun startı canlı yayımla əlaqədar 15 dəqiqə gec start götürəcək. Ən gec başlayan görüş də əyalətdə olacaq. Zaqataladakı stadionunda süni işıqlandırma sistemi olduğu üçün matçın saat 18:00-da başlanmasına əngəl törədilməyib.

XI tur
20 noyabr


14:00. "Standard" - "Qəbələ"

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

21 noyabr
14:00. "Karvan" - "Xəzər Lənkəran"

Yevlax. Şəhər stadionu.

18:00. "Simurq" - "Turan"
Zaqatala. “Simurq” stadionu.

22 noyabr
14:00. "Muğan" - "Bakı"

Salyan. Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Neftçi" - "İnter"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

14:15. "Qarabağ" - "Olimpik-Şüvəlan"
Ağdam. Quzanlı qəsəbə stadionu
0