Ronaldinyo “Qızıl unitaz” mükafatına namizəddir
18.11.2009 - 14:56
İtaliyada “Qızıl unitaz” mükafatına namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, A seriyasının ən bərbad futbolçusuna verilən mükafata 10 namizəd var. Bu dəfə “Qızl unitaz”ı əldə etməyə adlı-sanlı ulduzlar “iddialıdır”. Onlar arasında 2004-cü və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilmiş Ronaldinyo da yer alıb. Namizədlər bunlardır: Julio Baptista ("Roma"), Dida, Ronaldinyo, Klaas-Yan Huntelaar (hamısı "Milan"), Xuan Pablo Karriso ("Latsio"), Rikardo Kuarejma, Amantino Mansini (hər ikisi "İnter"), Felipe Melo, Kristian Poulsen, Tiaqo (hamısı "Yuventus").
İl ərzində ümidləri doğrultmayan, biabırçı səviyyədə çıxış edən oyunçuya verilən mükafat 2003-cü ildə təsis olunub. İndiyədək Rivaldo (2003-cü il), Nikola Leqrottalye (2004-cü il), Kristian Vyeri (2005-ci il), Adriano (2006-cı və 2007-ci illər) və Rikardu Kuarejma (2008-ci il) “Qızl unitaz”a “layiq görülüb”.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0