“Top-100”də 4 azərbaycanlı futbolçu
18.11.2009 - 15:44
“Top-100”də 4 azərbaycanlı futbolçu
Futzal üzrə UEFA kubokunun elit raundu ərəfəsində yarışın tarixi ərzində ən çox qol vuran oyunçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitə kubokunun 100 ən yaxşı bombardiri siyahısında Azərbaycan çempionu “Araz”ın 4 futzalçısı yer alıb.

Azərbaycan klublarının avrokubok matçlarında ən sərrast oyunçusu olan Vitali Borisov 11 qolla yarış iştirakçıları arasında 57-ci pillədə qərarlaşıb. Vitalidən cəmi 1 qol geri qalan Namiq Məmmədkərimov isə 69-cu pilləyə şərikdir. “Araz”ın daha iki futzalçısı Ağatahir Əzimovla Luis Serjio 9 dəfə rəqib qapıçılarını məyus edib. Bu göstərici onların ümumi sıralamada 84-cü olmasına imkan verib. Ümumiyyətlə UEFA kubokunun tarixi ərzində 1426 futzalçı qol sevinci yaşayıb. Ən məhsuldar oyunçu isə Belçikanın “Şarlerua” klubunun braziliyalı legioneri Andre Luis de Oliveyra Vanderleydir - 49 qol.
0