Arda Turan da “donuz qripi”nə tutuldu
18.11.2009 - 18:52
Arda Turan da “donuz qripi”nə tutuldu
Türkiyənin məşhur futbolçusu, “Qalatasaray” komandasının kapitanı Arda Turan “donuz qripi”nə yoluxub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçunun bu virusa yoluxduğunu klub rəhbərliyi rəsmən açıqlayıb.

Klubun rəsmi saytında verilən açıqlamada deyilir: “Futbolçumuz Arda Turanın burun axıntısı, yüksək hərarət və ümumi halsızlıq şikayətləri ilə bağlı aparılan analizlər nəticəsində onun H1N1 virusuna yoluxduğu müəyyənləşib. Futbolçumuz vəziyyəti barədə ətraflı şəkildə məlumatlandırılıb. Onun artıq başlanmış müalicəsinə düzənli şəkildə davam edilir. Səhhəti yaxşı olan və istirahət edən kapitanımızın komandadan ayrı olaraq müalicəsinə noyabrın 23-nə qədər davam ediləcək”.

Qeyd edək ki, Arda “donuz qripi”nə bir neçə günlük istirahət üçün getdiyi İtaliyada yoluxub. O, “Qalatasaray”ın Türkiyə çempionatı çərçivəsində noyabrın 22-də “Manisaspor”lıa oynayacağı matçda yer almayacaq. Turanın komanda ilə məşqlərə nə vaxt başlayacağı hələlik bəlli deyil.
0