“Azərbaycan yığmasının güclü olduğunu bilirdik”
18.11.2009 - 22:00
“Azərbaycan yığmasının güclü olduğunu bilirdik”
“Komandamız birinci hissədə öz oyununu tapa bilmədi. 0:2 hesabı ilə uduzduq və buna görə, çox üzgünəm”. Bu sözləri apasport.az saytının Əl-Ayn şəhərinə ezam olunan xüsusi müxbirinə verdiyi açıqlama Çexiya yığmasının futbolçusu Tomas Netsid deyib.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnir çərçivəsində milli komandamıza 0:2 ilə uduzan çexiyalı futbolçu bildirib ki, ikinci hissədə bir qədər özlərinə gəldilər: “Amma bərabərlik topunu vura bilmədik. Əvəzində son dəqiqələrdə daha bir top buraxıb uduzduq. Azərbaycanlı futbolçuların boylarının balaca olması və texnikalı futbol nümayiş etdirməsi, işimizi çətinləşdirdi. Əsasən də, ön xətdə oynayan (Fabio Luis Ramimi nəzərdə tutur) qaradərili futbolçu xoşuma gəldi. Komandanızın güclü olduğunu bilirdik”.

Netsid həmçinin bildirib ki, 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparmaq istəyir: “Arzu edirəm ki, növbəti mərhələdə sizin komanda ilə eyni qrupda qüvvəmizi sınayaq”.

Qeyd edək ki, Netsid hazırda Moskva MOİK-ində forma geyinir.
0