“Balaca azərbaycanlı futbolçuların qapımızdan başla qol vurmalarını başa düşə bilmirəm”
19.11.2009 - 01:05
“Balaca azərbaycanlı futbolçuların qapımızdan başla qol vurmalarını başa düşə bilmirəm”
“Çətin qarşılaşma oldu. Havanın isti olması işimizi bir qədər də çətinləşdirirdi. Düzünü desəm, sizin komandadan belə oyun gözləmirdim. Rəqibimiz bizi xeyli təəccübləndirdi”. Bu sözləri apasport.az saytının Əl-Ayn şəhərinə ezam olunan xüsusi müxbiri ilə söhbətində Çexiya yığmasının futbolçusu Tomas Rozenal deyib.

Yığmamızla görüşdən sonra Tomas bildirib ki, komandasının oyunundan razı qalmayıb: “Xüsusilə, balaca boylu azərbaycanlı futbolçuların qapımızdan başla qol vurmalarını başa düşə bilmirəm. Rəqibin heyətində kimisə fərqləndirmək mənim üçün çətindir. Çünki Azərbaycan yığması komanda şəklində yaxşı oynadı. Amma bizi də başa düşmək lazımdır. Heyətimizdə əsasən gənc futbolçular yer alıb. Bununla belə biz bu turnirdə sonuncu olacağımızı düşünmürdük”.

Qeyd edək ki, Çexiya yığması Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan beynəlxalq turnirdə Azərbaycan milllisinə uduzaraq, sonuncu dördüncü yeri tutub.
0