Dünya çempionatının bütün iştirakçıları bilindi - TAM SİYAHI
19.11.2009 - 10:14
Dünya çempionatının bütün iştirakçıları bilindi - TAM SİYAHI
2010-cu il dünya çempionatının (DÇ) final mərhələsinin 32 iştirakçısının hamısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qalan 6 xoşbəxt yığma Avropadan Fransa, Portuqaliya, Yunanıstan, Sloveniya, Afrikadan Əlcəzair, Cənubi Amerikadan isə Uruqvay olub.

Azərbaycan milli komandasının yer aldığı Avropa zonasının 4-cü seçmə qrupundan pley-offa yüksələn Rusiya yığması özündən zəif hesab olunan rəqiblə görüşdə meydanı başıaşağı tərk edib. Pley-off iştirakçıları arasında reytinqləri yüksək olanlar arasında yalnız şimal qonşularımız mötəbər yarışdan kənarda qalmaqla, fiasko yaşayıb. Ötən il Avropa çempionatının bürünc mükafatına layiq görülən ruslar indiyədək DÇ-nin final mərhələsində iştirak etməyən sloveniyalılara uduzub. İki oyunun nəticəsinə görə, hesab bərabər olsa da, Balkan təmsilçisi səfərdə vurduğu qol sayəsində vəsiqəyə sahib çıxıb.

Ukrayna komandasının da cavab görüşündə uğursuzluğa düçar olduğunu nəzərə alsaq, gələn ilin yayında Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək final mərhələsində postsovet məkanı təmsil olunmayacaq. Türkiyə yığması da heç pley-offa çıxa bilmədiyindən, DÇ-ni kənardan izləməli olacaq. Pley-off iştirakçıları arasında yeganə dünya çempionu olan Fransa yığması vəsiqəni evdə keçirilən cavab görüşünün yalnız əlavə vaxtında qazana bilib.

Sloveniya – Rusiya – 1:0
İlk oyun – 1:2

Ukrayna – Yunanıstan – 0:1
İlk oyun – 0:0

Bosniya və Herseqovina – Portuqaliya – 0:1
İlk oyun – 0:1

Fransa – İrlandiya – 0:1 (əlavə vaxtda – 1:1)
İlk oyun – 1:0

Uruqvay – Kosta-Rika – 1:1
İlk oyun – 1:0

Əlcəzair – Misir – 1:0

2010-cu ildə keçiriləcək DÇ-də iştirak edəcək komandalar:

Avropa:
Danimarka
İsveçrə
Slovakiya
Almaniya
İspaniya
İngiltərə
Serbiya
İtaliya
Hollandiya
Yunanıstan
Sloveniya
Portuqaliya
Fransa

Cənubi Amerika:
Braziliya
Çili
Paraqvay
Argentina
Uruqvay

CONCACAF:
ABŞ
Meksika
Honduras

Afrika:
CAR
Qana
Kot d`İvuar
Kamerun
Nigeriya
Əlcəzair

Asiya:
Avstraliya
Yaponiya
Cənubi Koreya
Şimali Koreya

Okeaniya:
Yeni Zelandiya
0