Baş nazir futbolçuların butslarını təmizlədi
19.11.2009 - 10:25
Baş nazir futbolçuların butslarını təmizlədi
Sloveniyanın baş naziri Berut Paxor vədinə əməl edib. Apasport.az saytının məlumatına görə, Sloveniya futbol yığmasının dünya çempionatına vəsiqə qazanacağı halda, futbolçuların butslarını təmizləyəcəyinə söz vermiş dövlət rəsmisi bu yükün altına girməyi bacarıb.

Berut pley-off mərhələsinin cavab oyununda Rusiya komandasını minimal hesabla məğlub edərək, mötəbər yarışın final mərhələsinə yüksələn futbolçuların ayaqqabılarını silib: “Elə indicə futbolçularımızın butslarını təmizlədim. Amma etiraf edim ki, bu işi o qədər dərindən görmədim”.

Qeyd edək ki, Rusiya və Sloveniya komandaları arasındakı Moskvada keçirilən ilk matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdi. Sloveniyalılar səfər qolu sayəsində dünya çempionatında iştirak hüququ yiyələniblər.
0