Rusiya uduzdu, Semak həkimə düşdü
19.11.2009 - 11:35
Rusiya yığmasının 2010-cu il dünya çempionatından kənarda qalması vitse-kapitan Sergey Semakın halını pisləşdirib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi Maribordan Moskvaya qayıdarkən, təyyarədə özünü pis hiss edib. Buna səbəb Semakın təzyiqinin çox aşağı düşməsi olub. Futbolçuya dərhal tibbi yardım göstərilib. İndi “Rubin”in kapitanının vəziyyəti yaxşılaşıb və ona həkimlərin nəzarəti davam edir.
Qeyd edək ki, Semak həm milli komanda, həm də klub səviyyəsində Azərbaycan komandalarına qarşı oynayıb, Bakıda olub.
Qeyd edək ki, Semak həm milli komanda, həm də klub səviyyəsində Azərbaycan komandalarına qarşı oynayıb, Bakıda olub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0