Azərbaycanlı hakimə FİFA-dan medal - FOTO
19.11.2009 - 12:42
Azərbaycanlı hakimə FİFA-dan medal - FOTO
Azərbaycanlı hakim Əfqan Həmzəyev FİFA-nın medalı ilə təltif edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının oyunlarında ədalət prinsiplərini qoruyan həmyerlimiz bu işin öhdəsindən uğurla gəlib.

Çimərlik futbolu üzrə FİFA referimiz dünya çempionatının iki matçında Braziliya - Bəhreyn və Portuqaliya - Solomon adaları qarşılaşmasında meydanda olub və onun idarəçiliyi yüksək qiymətləndirilib. Belə ki, Həmzəyevin adı dünya çempionatının növbəti oyunlarına təyinat alacaq hakimlərin siyahısına daxil edilib və bununla əlaqədar o, FİFA-nın xüsusi medalı ilə təltif edilib.

Qeyd edək ki, dünya çempionatının həlledici mərhələsində 5-i Avropadan olmaqla, cəmi 12 hakimin xidmətindən istifadə edilir.
0