Çexiyalı hücumçu: Azərbaycana məğlub olmağımız rüsvayçılıqdır
19.11.2009 - 12:51
“Bu rüsvayçılıqdır. Çexiya kimi komandaların uduzmağa haqqı yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya yığmasının futbolçusu Mihal Papadopulos deyib.
Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş beynəlxalq turnirin 3-cü yeri uğrunda oyunda Azərbaycan milli komandasına 0:2 hesabı ilə uduzan çexlərin 24 yaşlı hücumçusu turnirə yollanmayan futbolçuları layiqincə əvəzləyə bilmədiklərini etiraf edib. Hollandiyanın “Herenven” klubunun formasını geyinən Mihalın fikrincə, aparıcı futbolçulara hələ də ehtiyac var: “Təəssüf ki, bu turnirə gələnlər biz idik və oyunumuzla göstərdik ki, yığmamız liderlərsiz keçinə bilməz. Bunu demək çətin olsa da, bu belədir. Azərbaycan komandası qapımıza 2 dəfə yol tapdı. Biz də ən azı bu qədər qol vura bilərdik, lakin bacarmadıq”.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0