İraqı çempion etdik
19.11.2009 - 13:00
Azərbaycan milli komandasının ayağı son Asiya çempionu İraq yığmasına düşərli olub. Apasport.az saytının məlumatına görə, iraqlılar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Ayn şəhərində keçirilmiş beynəlxalq turnirin qalibi olublar. Onlar finalda meydan sahiblərini Kərimin vurduğu yeganə qolla üstələyiblər.
Qeyd edək ki, İraq məhz milli komandamız üzərində eyni hesablı qələbə sayəsində həlledici görüşə vəsiqə qazanmışdı. BƏƏ futbolçuları isə Çexiya ilə görüşdə qolsuz heç-heçənin ardından oyunsonrası penalti zərbələrini daha dəqiq yerinə yetirmişdilər. Yığmamız 3-cü yer uğrunda matçda çexlərə məğlubiyyət acısı daddırıb (2:0). Göründüyü kimi, nə BƏƏ, nə də aşkar favoriti sayılan, lakin sonuncu yerdə qalan Çexiya turnirdə qol vura bilməyib.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0