Futbolçularımız kimin ikinci oyununa iki qol həsr edib?
19.11.2009 - 13:45
“Azərbaycanla oyun mənim milli komandada cəmi ikinci oyunum idi. Və onu belə üzücü şəkildə uduzduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya milli komandasının qapıçısı Tomas Qriqar deyib. BƏƏ-də keçirilən beynəlxalq turnirdə Azərbaycan yığması ilə qarşılaşıb 0:2 hesabı ilə uduzan çexlərin futbolçusu İngiltərənin “Çelsi” klubunda çıxış edən məşhur həmyerlisi Petr Çexi layiqincə əvəzləmədiyini düşünür: “Mən öz oyunumu oynamadım və 2 top buraxdım. Deyə bilmərəm ki, onların qarşısını ala bilərim ya yox. Düşünürəm ki, biz yığmadakı yerimizi möhkəmlətməyin öhdəsindən layiqincə gələ bilmədik. Hələ üzərimizdə çox işləməliyik. Bu çox böyük məyusliuqdur”.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0