Tomaş Stolpa “Qəbələ”nin tarixinə düşdü
20.11.2009 - 16:45
Tomaş  Stolpa “Qəbələ”nin tarixinə düşdü
Polşalı futbolçu Tomaş Stolpa “Qəbələ” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının XI turunun “Standard”la oyununda hesabı açan hücumçu həm də qəbələlilərin yubiley qolunun müəllifi olub. Belə ki, 21-ci dəqiqədə vurulan top klubun yarandığı gündən rəsmi matçlarda vurduğu 200-cü qol olub.

Dörd il əvvəl yaradılan və ilk vaxtlar Xanları təmsil edən klub əvvəl “Göy-göl”, sonra isə “Gilan” adı ilə çıxış edirdi. Güclülər dəstəsinə çıxandan sonra Xanlardan Qəbələyə köçən komanda bir il sonra – 2007-ci ilin yayında adını da dəyişdi. Bu gün keçirilən oyunadək birinci dəstə, kubok və güclülər dəstəsində üst-üstə 199 top vuran komanda Stolpanın fərqlənməsi ilə yubileyini qeyd etdi.

 

Güclülər dəstəsi

Kubok

Birinci dəstə

Cəmi

2005/06

-

6

72

78

2006/07

17

11

-

28

2007/08

33

10

-

43

2008/09

28

8

-

36

2009/10

15

1

-

16

Cəmi

93

36

72

201

0