Gözün aydın, Əsgər Abdullayev!
20.11.2009 - 17:04
Gözün aydın, Əsgər Abdullayev!
Nigeriyalı futbolçu Viktor İbekoyi “Olimpik-Şüvəlan” klubunun düşərgəsinə qayıdıb. Apasport.az saytının məlumatına görə, bu ilin iyununda yeni klubu ilə müqavilə bağladıqdan sonra vətəninə məzuniyyətə yollanan 23 yaşlı hücumçudan həmin vaxtdan bu yana xəbər-ətər yox idi. “Olimpik-Şüvəlan” rəsmilərinin Viktorla əlaqə saxlamaq cəhdləri də heç bir nəticə vermirdi. Bununla belə, İbekoyini komandaya qaytarmaq mümkün olub. Daha doğrusu, ötən həftənin əvvəlində klub rəsmiləri ilə əlaqə saxlayan nigeriyalı Bakıya gəlmək istədiyini bildirdi. Bu gün günorta saatlarında paytaxtımıza gələn hücumçu artıq “Olimpik-Şüvəlan”ın düşərgəsindədir. Ancaq İbekoyinin uzun müddət komandadan kənarda qaldığını nəzərə alsaq, baş məşqçi Əsgər Abdullayevin onu Unibank Premyer Liqasının ilk dövrəsinin son turunda “Qarabağ”la Ağdamdakı görüşdə meydana buraxacağı real görünmür.
0