“İndiki “Standard”la nəyəsə nail olmaq çətindir”
20.11.2009 - 17:12
“İndiki “Standard”la nəyəsə nail olmaq çətindir”
“Komandada seleksiya işləri düzgün aparılmayıb. Lakin yeganə çatışmazlıq bu olsaydı, belə problem olmazdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sumqayıtın “Standard” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

Unibank Premyer Liqasının XI turunun qarşılaşmasında öz meydanında “Qəbələ”yə uduzan “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi oyunla bağlı fikirlərini açıqlayıb. O, matçdan sonra keçirilən mətbuat konfransında məğlubiyyətin səbəbini klubdakı xələfinin işi ilə əlaqələndirib: “Futbolçuların fiziki hazırlığı da aşağı səviyyədədir. İndiki durumda “Standard” çox zəifdir. Hər oyuna qələbə əzmi ilə çıxsaq da, bu komanda ilə nəyəsə nail olmaq çətindir. Buna baxmayaraq, rəqibin də əməyini qiymətləndirməmək istəmirəm. Onlar da mübarizə apararaq qələbə qazandılar ki, bu münasibətlə onları təbrik edirəm. Biz isə transfer pəncərəsində heyətimizi gücləndirib ondan sonra öz oyunumuzu göstərməyə çalışacağıq”.
0