Ramiz Məmmədov: O, cəzasız qalmayacaq
20.11.2009 - 17:19
Ramiz Məmmədov: O, cəzasız qalmayacaq
“Heyətimizdə ciddi itkilər olduğundan “Standard”la oyun bizim üçün çətin keçdi. Belə qələbəyə görə futbolçularımızın hamısına təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Unibank Premyer Liqasının XI turunda “Standard”ı səfər qarşılaşmasında 2:1 məğlub edən qəbələlilərin çalışdırıcısı yetirmələrindən razı qalıb. O matçdan sonra təşkil olunan mətbuat konfransında hakimi söyərək, meydandan qovulan İqor Melnikin hərəkətinə də münasibət bildirib: “Matçdan əvvəl futbolçular qalib gələcəklərini söz vermişdilər. Döyüşərək vədlərinə əməl etdilər. Xüsusilə, Kənan Kərimovu qeyd etmək istəyirəm. Ardıcıl üç oyundur zədəli olmasına baxmayaraq, meydana çıxıb komandamıza kömək edir. Melnikin belə hərəkətini isə heç gözləmirdik. O bu hərəkətinə görə cəzasız qalmayacaq. Biz onu bu intizamsızlığına görə cəzalandıracağıq”.
0