AFFA FİFA-nın cəzasından canını qurtardı
20.11.2009 - 17:25
AFFA FİFA-nın cəzasından canını qurtardı
FİFA 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Rusiya oyunu zamanı azarkeşlər arasında stadionda baş verən insidentlə bağlı qərarını açıqlayıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, məsələni İntizam Komitəsində müzakirə edən dünyanın ali futbol qurumu assosiasiyamıza rəsmi məktub göndərib. Məktubda göstərilib ki, qeyd olunan insidentlə bağlı AFFA tərəfindən təqdim olunan bütün faktlar araşdırılıb və FİFA-nın İntizam Komitəsi AFFA-ya heç bir cəza və cərimə tətbiq etməmək qərarına gəlib. Həmçinin AFFA-ya tövsiyə olunub ki, gələcəkdə analoji halların baş verməməyi üçün oyunlar zamanı müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi daha yüksək səviyyədə təmin olunsun.

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunun ilk hissəsində tribunalarda baş verən dava-dalaşın əsas təşəbbüskarı qonaq komandanın azarkeşləri olub.
0