Diniyevi Salmurzayev əvəzlədi
20.11.2009 - 17:30
Diniyevi Salmurzayev əvəzlədi
Premyer Liqa klublarının nəzdində olan gənclərdən ibarət komandalar arasında Rusiya çempionatında XXIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Kərim Diniyevin çıxış etdiyi Qroznının “Terek” klubu nəhayət ki qələbə qazanıb. Baş məşqçi Şahin Diniyevin gənclərdən ibarət heyətdən ayrılaraq əsas komandaya rəhbərlik etməsindən sonra qroznılıların ilk uğuru olub. Diniyevsiz ilk 3 qarşılaşmada həm xala, həm də qol sevincinə həsrət qalan “Terek” öz meydanında “Kuban”ı 1:0 hesabı ilə məğlub edib. Bununla da sentyabrın 13-də “Tom”la oyundan sonra (2:0) başlayan 7 oyunluq qələbəsizliyə son qoyulub. Bakının “Neftçi” klubunun sabiq futbolçuları dağıstanlı Anzor İsmayılovla həmyerlimiz Nazim Əliyevin çalışdırdığı gənclərin heyətində Kərim də meydana çıxıb. Kiçik Diniyev start heyətində yer alaraq 83-cü dəqiqədə İsmayıl Salmurzayevlə əvəzlənib.
0