“Turan”da yeni bombardir
20.11.2009 - 18:27
“Turan”da yeni bombardir
Unibank Premyer Liqasında çıxış edən klubların nəzdindəki əvəzedici komandalar arasında birincilikdə XI turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, turun dünən keçirilən “Standard” - “Qəbələ” matçında (0:2) olduğu kimi, bu gün də qonaqlar xal qazanan tərəf olub.

Yevlaxdan qələbə ilə dönən “Xəzər-Lənkəran” üçüncü pillədəki mövqeyini möhkəmlədib. “Turan” isə növbəti qələbə ilə 6-cı sıraya qalxıb. Tovuzluların Zaqataladakı qələbəsində legionerinin əməyi olub. Əsas heyətdə möhkəmlənə bilməyən Oleq Xromtsov 2 qol vurmaqla, komandasının qələbəsində pay sahibi olub. Əsas komandada cəmi 2 oyuna 96 dəqiqə meydanda olan 28 yaşlı moldovalı əvəzedicilərin çempionatında qolçuluq bacarığını göstərməkdə davam edir. Əvvəlki oyunlarda “İnter”ə 2, “Bakı”ya 1 top vuran Xromtsov əvəzedici komandadakı qollarının sayını 5-ə çatdırıb.

"Karvan" - "Xəzər Lənkəran" – 0:1
Amid Hüseynov, 82

"Simurq" - "Turan" – 1:4
Asim Babazadə, 60 - Rəşad Orucov, 35; Oleq Xromtsov, 53; 86; Cavid Tağıyev, 71

1

"Neftçi"

10

9

1

0

27-3

28

2

"Qarabağ"

10

9

0

1

21-4

27

3

"Xəzər-Lənkəran"

11

7

1

3

25-15

22

4

"İnter"

10

6

1

3

30-11

19

5

"Muğan"

10

6

0

4

17-12

18

6

"Turan"

11

4

3

4

19-18

15

7

"Bakı"

10

4

1

5

16-16

13

8

"Qəbələ"

11

4

0

7

14-18

12

9

"Olimpik-Şüvəlan"

10

3

3

4

9-22

12

10

"Karvan"

11

2

2

7

8-25

8

11

"Standard"

11

1

1

9

8-29

4

12

"Simurq"

11

1

1

9

7-27

4

0