Bir xal yetər
21.11.2009 - 11:07
Bir xal yetər
Futzal üzrə UEFA kubokunun elit raundunda ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən D qrupu çərçivəsində daha 2 qarşılaşma baş tutub. Azərbaycan çempionu “Araz” bu dəfə də 7 qol vuraraq, hesabına 3 xal əlavə edib. İlk turun “Nikars”la oyunundan (7:1) fərqli, “Atina-90”la görüşdə təmsilçimiz qapısını toxunulmaz saxlayıb - 7:0. Namiq Məmmədkərimov və Santosun het-trikə imza atdığı görüşdə daha bir qolu Rizvan Fərzəliyev vurub. Qrupumuzda keçirilən digər matçda isə Qazaxıstan “Kayrat”ı Latviya çempionu “Nikars”ı çətinliklə üstələyib. Əsas favoritlərdən sayılan qazaxıstanlılar yenə 3:2 hesabı ilə qalib gəliblər. Bu oyunlardan sonra qrupun axırıncı oyunu qabaqcadan gözlənildiyi kimi, həlledici xarakter daşıyacaq. Noyabrın 22-də baş tutacaq “Araz” - “Kayrat” görüşündə naxçıvanlıları heç-heçə də qane edəcək. “Dördlər finalı”na yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək bu qarşılaşma saat 21:00-da start götürəcək. Günün digər oyununda isə “Nikars” “Atina-90”la üz-üzə gələcək.

1

“Araz”

2

2

0

0

14-1

6

2

“Kayrat”

2

2

0

0

6-4

6

3

“Nikars”

2

0

0

0

3-10

0

4

“Atina-90”

2

0

0

0

2-10

0

0