Ronaldo olmasın, Eduardo olsun - FOTOSESSİYA
21.11.2009 - 11:57
Ronaldo olmasın, Eduardo olsun - FOTOSESSİYA
Tanınmış italiyalı model Letizia Filippi özünə yeni sevgili tapıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı xanım 2008-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş Kriştianu Ronaldodan ayrılmasının şokundan çıxa bilib. Düzdür, Letizia növbəti dəfə futbol aləminin nümayəndəsinə yaxınlıq verib. Ancaq o, yeni sevgilisi ilə xoş günlər keçirəcəyinə ümidvardır.

Cazibədar modelin ürəyini İtaliyanın “Neapol” klubunun prezidentinin oğlu Eduardo De Laurentis ələ alıb. Eduardo hazırda “Napoli”nin vitse-prezidenti vəzifəsini daşıyır. Öncə o, bu klubda menecer işinə başlayıb. Lakin uğurlu fəaliyyətindən sonra onun vəzifəsi vitse-prezidentliyə qədər yüksəlib.

Eduardodan və Ronaldodan əvvəl də Letizianın həyatında idmançılar olub. Model xizəksürmə üzrə əfsanəvi Alberto Tomba və motosikletçi Loris Kapirossi ilə də eşq macərası yaşayıb.
0