“Liverpul” Çempionlar Liqasından əlini üzdü
25.11.2009 - 01:38
“Liverpul” Çempionlar Liqasından əlini üzdü
Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, hesabat turundan sonra “Bordo” və “Çelsi” klubları da qrupda birinci pilləni təmin edib. “Portu” isə ikinci yerlə kifayətlənib. Daha iki komanda üçün qrup mərhələsi avrokuboklar mövsümünün sonu olacaq. Belə ki, “Sürix” və “Makkabi” qrup sonunculuğu ilə indidən barışıb.

A qrupunda “Yuventus”la “Bavariya” öz aralarındakı son oyunda kimin Çempionlar Liqası, kiminsə Avropa Liqasında oynayacağına aydınlıq gətirməli olacaq. B qrupunda isə ikinci yerin sahibi müəyyənləşməlidir. Ya “Volfsburq”, ya da MOİK 1/8 finala yüksələcəksə, “Beşiktaş” üçün ən böyük uğur digər türk klubları “Qalatasaray”la “Fənərbaxça”nın oynadığı Avropa Liqasına vəsiqə qazanmaq olacaq. C qrupunda isə hər iki turnirə olan 3 vəsiqənin sahibləri məlumdur. Sadəcə, “Milan”, “Real”, “Marsel” “üçlüy”ündən kimin harada mübarizəni davam etdirəcəyi bilinmir. D qrupunda isə yalnız Avropa Liqasına vəsiqə ilə bağlı qeyri-müəyyənlik var.

İngiltərənin “Liverpul” klubu isə Çempionlar Liqasının qalibi olmaq arzusunun üstündən xətt çəkməli olub. Qalib gəlməsinə baxmayaraq, mersisaydlıların 1/8 final şansları heçə enib. Buna Fransa “Lion”unu 1 cavabsız qolla məğlub edən “Fiorentina” səbəb olub. Fransızların ardından italiyalılar da növbəti mərhələyə vəsiqəni təmin ediblər. İngilislər isə Avropa Liqasında çıxış edəcəyini rəsmiləşdirib. Bununla da son 8 ildə daim qrup mərhələsini uğurla adlayan “Liverpul”un bu seriyası başa çatdı.

F qrupunda isə qeyri-müəyyənliyə son tur aydınlıq gətirməlidir. Çətin vəziyyətdən çıxmağı bacaran “Barselona” titulunu indidən itirməmək üçün növbəti qələbəsini qazanıb. İtaliyanın “İnter” klubunu məğlub edən ispaniyalılar qrup liderliyinə yüksəlsə də, yarışdan kənarda da qala bilər. Çünki bu qrupda liderlə sonuncu pillə arasında 3 xal fərqin olması 4 klubun da şanslarını qorumasına imkan yaradır.

G qrupunda 1/8 finala çıxan “Sevilya” Rumıniyada uduzmaqla, “Unireya”nı ikinci pilləyə çıxarıb. İndi ispaniyalılara yol yoldaşı olmaq üçün rumınlar Almaniya “Ştutqart”ının onları keçməsinə imkan verməməlidir. Özü də ikinci vəsiqənin sahibi rumıniyalıların rəqibi ilə Ştutqartda keçiriləcək əyani mübarizəsində müəyyənləşəcək.

H qrupunda da ikinci vəsiqə uğrunda mübarizə son turadək davam edəcək. “Arsenal” isə İngiltərədə keçirdiyi son qrup oyununda da qalib gəlməklə, qrup birinciliyini də təmin edən ilk komanda oldu.


24 noyabr

E qrupu

“Debretsen” – “Liverpul” - 0:1

QOL: David Nqoq, 6

“Fiorentina” – “Lion” - 1:0
QOL: Varqas, 29 (penaltidən)

1

Fiorentina

5

4

0

1

12-6

12

2

Lion

5

3

1

1

8-3

10

3

Liverpul

5

2

1

2

4-5

7

4

Debretsen

5

0

0

5

5-15

0


Növbəti turun oyunları dekabrın 9-da keçiriləcək: “Liverpul” – “Fiorentina”, “Lion” – “Debretsen”.

F qrupu

“Rubin” – “Dinamo” (Kiyev) - 0:0

“Barselona” – “İnter” - 2:0

QOLLAR: Pike, 10; Pedro Rodriges, 25

1

Barselona

5

2

2

1

5-2

8

2

İnter

5

1

3

1

5-6

6

3

Rubin

5

1

3

1

4-5

6

4

Dinamo

5

1

2

2

6-7

5


Növbəti turun oyunları dekabrın 9-da keçiriləcək: “Dinamo” – “Barselona”, “İnter” – “Rubin”.

G qrupu

“Reyncers” – “Ştutqart” - 0:2

QOLLAR: Rudy, 16; Kuzmanoviç, 59

“Unireya” – “Sevilya” - 1:0
QOL: Dragutinoviç, 45 (avtoqol)

1

Sevilya

5

3

1

1

10-4

10

2

Unirea

5

2

2

1

7-5

8

3

Ştutqart

5

1

3

1

6-6

6

4

Reyncers

5

0

2

3

4-12

2


Növbəti turun oyunları dekabrın 9-da keçiriləcək: “Sevilya” – “Reyncers”, “Ştutqart” – “Unireya”.

H qrupu

“Alkmaar” – “Olimpiakos” - 0:0

“Arsenal” – “Standard” - 2:0

QOLLAR: Nasri, 35; Denilson, 45+2;

1

Arsenal

5

4

1

0

12-4

13

2

Olimpiakos

5

2

1

2

3-5

7

3

Standard

5

1

1

3

6-8

4

4

Alkmaar

5

0

3

2

3-7

3


Növbəti turun oyunları dekabrın 9-da keçiriləcək: “Olimpiakos” – “Arsenal”, “Standard” – “Alkmaar”.

25 noyabr

A qrupu

“Bordo” – “Yuventus” - 2:0

QOLLAR: Fernando, 54; Çamak, 90+3

“Bavariya” – “Makkabi” - 1:0
QOL: Oliç, 62

1

Bordo

5

4

1

0

8-2

13

2

Yuventus

5

2

2

1

3-3

8

3

Bavariya

5

2

1

2

5-4

7

4

Makkabi

5

0

0

5

0-7

0


Növbəti turun oyunları dekabrın 8-də keçiriləcək: “Yuventus” – “Bavariya”, “Makkabi” – “Bordo”.

B qrupu

MOİK (Moskva) – “Volfsburq” - 2:1

QOLLAR: Netsid, 58, Krasiç, 66 - Dzeko, 19

“Mançester Yunayted” – “Beşiktaş” - 0:1
QOL: Tello, 19

1

Mançester Yunayted

5

3

1

1

7-5

10

2

Volfsburq

5

2

1

2

8-5

7

3

MOİK

5

2

1

2

8-9

7

4

Beşiktaş

5

1

1

3

2-6

4


Növbəti turun oyunları dekabrın 8-də keçiriləcək: “Volfsburq” – “Mançester Yunayted”, “Beşiktaş” – MOİK.

C qrupu

“Real” – “Sürix” - 1:0

QOL: İquain, 21

“Milan” – “Marsel” - 1:1
QOLLAR: Borriello, 10 - Qonsales, 16

1

Real

5

3

1

1

12-6

10

2

Milan

5

2

2

1

7-6

8

3

Marsel

5

2

1

2

9-7

7

4

Sürix

5

1

0

4

4-13

3


Növbəti turun oyunları dekabrın 8-də keçiriləcək: “Sürix” – “Milan”, “Marsel” – “Real”.

D qrupu

“Porto” – “Çelsi” - 0:1

QOL: Anelka, 70

APOEL – “Atletiko” - 1:1
QOLLAR: Mirosavljeviç, 5 - Simao, 63

1

Çelsi

5

4

1

0

9-2

13

2

Porto

5

3

0

2

5-3

9

3

Atletiko

5

0

3

2

3-9

3

4

APOEL

5

0

2

3

2-5

2


Növbəti turun oyunları dekabrın 8-də keçiriləcək: “Çelsi” – APOEL, “Atletiko” – “Porto”.