Naci Şensoy daha bir klubda debüt edir
25.11.2009 - 09:54
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy bu gün yeni komandada debüt edəcək. Apasport.az saytının məlumatına görə, 51 yaşlı türk mütəxəssis bir müddət əvvəl baş məşqçisi təyin olunduğu Bolqarıstan “Vihren”ini ölkə kubokunun “Slaviya” ilə oyununa çıxaracaq.
Bolqarıstan çempionatının B qrupunda mübarizə aparan “Vihren” 13 turdan sonra 22 xalla Qərb zonasında IV pillədə qərarlaşıb. “Slaviya” ilə kubok oyunu Şensoyun yeni komandasında debüt oyunu olacağından bu çalışdırıcı üçün xüsusi önəm kəsb edir: “Slaviya”nı mübarizədən kənarlaşdırmaq və kubokda irəliləməliyik. Düzdür, kubok bizim üçün ikinci dərəcəlidir. Lakin “Slaviya”nı yarışdan kənarlaşdıra bilərik. Əsas məqsədimiz isə güclülər dəstəsinə qayıtmaqdır. Bunun üçün çempionatda qarşıdakı 2 oyunu udub, qış fasiləsinədək liderlə xal fərqini azaltmağa çalışacağıq”.
Qeyd edək ki, Şensoy son il yarımda Bolqarıstanın “Belasitsa” və “Pirin” (Blaqoebqrad) klublarında da qısa müddətdə çalışıb.

0
0