Bülənt Korkmaz ad günündə nə hədiyyə alacaq?
25.11.2009 - 10:51
“Bakı” klubunun türkiyəli baş məşqçisi Bülənt Korkmaz Azərbaycanda ilk ad gününü qeyd etdi. Apasport.az saytının məlumatına görə, iki aydır ölkəmizdə çalışan “Qalatasaray”ın əfsanəvi kapitanının 41 yaşı tamam olub.
Ancaq Korkmaz həyatında əlamətdar olayı doğulduğu İstanbul şəhərində yox, Bakıda keçirdi. “Bakı” bu gün Unibank Premyer Liqasının I turdan təxirə salınmış oyunu çərçivəsində “Xəzər-Lənkəran”ın qonağı olacaq ki, Korkmaz futbolçularından ən yaxşı hədiyyə kimi qələbə gözləyir. Elə futbolçular da həm bunu, həm də Lənkərandakı oyunun əhəmiyyətini dərk edərək, baş məşqçisini ad gününü yaxşı nəticə ilə təbrik etmək fikrindədir. Korkmaza təbriklərini çatdıran klub rəhbərliyi isə bununla kifayətlənməyib, ona hədiyyə də verəcək. Sadəcə, komanda səfər oyunu ilə əlaqədar son günlərdə Bakıdan kənarda olduğu üçün bu, sonra gerçəkləşəcək.
Qeyd edək ki, Korkmaz bu ilin martında “Bakı”nın dəvəti ilə ölkəmizə səfəri zamanı rəhbərlikdən müxtəlif hədiyyələr almışdı.

0
0