Riberi öldürücü virusa yoluxdu
25.11.2009 - 12:01
Fransa milli komandasının və “Bavariya”nın futbolçusu Frank Riberi “donuz qripi” təhlükəsi ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi artıq karantinə alınıb. Məsələ burasındadır ki, məşhur futbolçunun həyat yoldaşı Vahibə Riberi A/H1N1 virusuna yoluxub. Frankın da bu xəstəliyə tutulması üçün lazımi tədbirlər həyata keçirilir. Bunu nəzərə alan “Bavariya”nın baş məşqçisi Lui Van Qal istedadlı oyunçunun komandadan ayrı, fərdi məşqlər etməsi qərarını verib.
Qeyd edək ki, Vahibə Fransa vətəndaşı olsa da, əslən mərakeşlidir. Riberilər ailəsinin Hica və Şahnaz adlı iki qızı var. Frank 2 yaşında ikən, Fransanın Bolonya şəhərində ailəsi ilə birgə dəhşətli avtomobil qəzasına düşüb. Nəticədə həkimlər onun üz nahiyəsinə 100-dən çox tikiş qoyublar. Futbolçunun sifətindəki dərin çapıqlar indi də açıq-aşkar nəzərə çarpır. O, bir neçə il öncə müsəlmanlığı qəbul edərək, özünə Bilal adını götürüb.

0
0