Azərbaycanda oynayan 4 futbolçu Rusiyanın ən yaxşısı seçildi
25.11.2009 - 12:25
Rusiya Futbol İttifaqı ölkənin ən yaxşı 33 futbolçusunun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ən yaxşılar iki kateqoriya üzrə ayrı-ayrılıqda müəyyənləşib. Yəni həm kişi, həm də qadınlar arasında ilk “33-lük”də yer alanlar məlum olub.
Zərif cins nümayəndələrinin siyahısında Azərbaycan klublarında oynamış futbolçular da ən yaxşılar sırasına düşüb. Belə ki, müxtəlif illərdə Azərbaycan çempionu “Gömrükçü”nün heyətində Çempionlar Liqasında oynamış Kseniya Sıbıtoviç, Alla Lişafai, Veronika Dyatel və Yekaterina Soçneva Rusiyanın 33 ən yaxşı futbolçusu arasında qərarlaşıb.
Hazırda “Zvezda-2005” klubunda oynayan Kseniya ümumiyyətlə 2009-cu ildə Rusiyanın ən yaxşı futbolçusu elan olunub. 2003/04 mövsümündə “Gömrükçü”yə cəlb olunan mərkəz müdafiəçisi təbii ki, bu mövqedə də ən yaxşı olub. Onun komanda yoldaşı Vera sağ cinah yarımmüdafiəçiləri arasında ikinci olubsa, karyerasını “ŞVSM İzmaylovo”da davam etdirən Katya elə bu mövqedə üçüncü yerlə kifayətlənib. Veranın komanda yoldaşı Alla isə sağa meylli mərkəz müdafiəçiləri arasında üçüncü olub.
Qeyd edək ki, Soneva da Sıbıtoviç kimi təmsilçimizin ¼ finaladək irəlilədiyi 2003/04 mövsümündə Azərbaycan çempionunun şərəfini qoruyub. Dyatel 2002/03, Lişafai isə 2004/05 mövsümündə “Gömrükçü”nü Çempionlar Liqasında təmsil edib.

0
0