Berti Foqts “Brilyant top” mükafatını kimə verdi?
25.11.2009 - 13:17
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts 2009-cu ilin ən yaxşı futbolçu ilə bağlı seçimini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 63 yaşlı alman mütəxəssis FİFA-nın keçirdiyi sorğuda “Brilyant top” mükafatına ən layiqli namizəd kimi “Liverpul” klubunun və İspaniya milli komandasının hücumçusu Fernando Torresi göstərib.
Torres bu ilin iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda vurduğu qolla milli komandamızın İspaniyaya darmadağın (6:0) olduğu matçda son nöqtəni qoyub. Almaniya yığmasının kapitanı Mihael Ballaka yenə səs verən Foqts bu dəfə həmyerlisini 2-ci yerdə göstərib. Maraqlıdır ki, Ballak da bu il milli komandamıza qol vurub. Foqtsun son seçimi “Çelsi” klubunun kapitanı Con Terri olub.
Ötən il də ispaniyalı hücumçunu ən yaxşı hesab edən Foqts “Valensiya”nın 27 yaşlı futbolçusu David Vilyaya səs vermişdi. Ancaq Bakıda het-trik edən Vilya həmin vaxt heç ilk “üçlüy”ə düşə bilməmişdi. Alman çalışdırıcı bir il öncə “Barselona”nın argentinalı futbolçusu Lionel Messini 2-ci, Mihael Ballakı 3-cü yerdə göstərmişdi.

0
0