Azərbaycan milli komandası bir pillə gerilədi
27.11.2009 - 11:16
Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının yer aldığı VIII seçmə qrupda daha bir görüş baş tutub.
Ötən həftə Bakıda yığmamızın qonağı olan və qolsuz heç-heçə ilə kifayətlənən Belçika yığması Çexiya ilə səfər oyununa çıxıb. Bu matçda qonaqlar 2:1 hesabı ilə qalib gələrək, qrupda ikinci pilləyə yüksəlib. Yığmamızı üçüncü yerə sıxışdıran belçikalı xanımlar qarşılaşmanın taleyini ilk hissədə vurduğu qollarla həll edib. Meydan sahibləri isə yalnız ikinci hissənin ortalarında təsəlli qoluna imza atıb.
Qeyd edək ki, qrupumuzda növbəti oyun gələn il martın 27-də keçiriləcək. Yığmamız Bakıda çexiyalıları qəbul edəcək.

1 | İsveç | 3 | 3 | 0 | 0 | 9-2 | 9 |
2 | Belçika | 5 | 2 | 1 | 2 | 5-7 | 7 |
3 | Azərbaycan | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
4 | Uels | 4 | 1 | 0 | 3 | 4-5 | 3 |
5 | Çexiya | 3 | 1 | 0 | 2 | 3-5 | 3 |
0
0