“Neftçi”nin sabiq baş məşqçisi proqnoz verdi
28.11.2009 - 21:19
“Neftçi”nin sabiq baş məşqçisi proqnoz verdi
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiya Premyer Liqasının son turu ilə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, 56 yaşlı çexiyalı mütəxəssis bildirib ki, keçmiş komandası “Zenit” sabah evdə Moskva “Spartak”ı üzərində qələbə qazanıb, bürünc mükafatçı olacaq.

Petrjelanın fikrincə, “Rubin” və “Spartak”dan sonra Çempionlar Liqasında Rusiyanın sonuncu təmsilçisi olmağa hazırda turnir cədvəlində 3-cü yerdə gedən sabiq klubu layiqdir: “Hesab edirəm ki, indiki vəziyyətdə “Zenit”ə “Spartak”ı necə yenmək üçün məsləhət vermək tələb olunmur. Sadəcə, bütün gücünü qoymaq və rəqibdən daha çox əzmkarlıq göstərmək lazımdır. “Spartak” artıq 2-ci yeri qazanıb. Yəni bu yerdən nə yuxarı qalxa, nə də aşağı düşə bilər. Buna görə də “Zenit”in daha çox motivasiya olması şübhəsizdir. Oyun “Zenit”in qələbəsi ilə nəticələnəcək. Mən buna tam əminəm”.

Qeyd edək ki, “Zenit”i 2006-cı ildə maddi məsələlərə görə tərk edən Petrjela bundan bir il sonra xoşbəxtliyini Azərbaycanda axtardı. Ancaq elə “Neftçi”də də maddi durumdan, transferlərə böyük pullar xərclənməməyindən gileylənən təcrübəli mütəxəssis cəmi 4 ay işlədikdən sonra qovuldu.
0