“Bakı” – “Xəzər-Lənkəran” oyunundan sonra qalmaqal
29.11.2009 - 17:52
“Bakı” – “Xəzər-Lənkəran” oyunundan sonra qalmaqal
Bu gün Unibank Premyer Liqasının XII turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Bakı” – “Xəzər-Lənkəran” oyunundan sonra qalmaqal yaranıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisinin ehtiyatda oturan qapıçısı Dmitri Kramarenko ilə paytaxt təmsilçisinin rəsmisi Akif Özakyol arasında mübahisə düşüb. Mübahisə sonradan böyüyüb və yalnız komanda üzvlərinin müdaxiləsindən sonra ara sakitləşib. Matçın baş hakimi Əfqan Həmzəyev isə “Bakı” klubunun hücumçusu Felipe Feliks Almeydaya qırmızı vərəqə göstərib. Buna səbəb kimi, braziliyalı futbolçunun baş hakimlə mübahisə etməsi səbəb olub.
0