Ağasəlim Mircavadov: Bu gün biz layiqli qələbə qazandıq
29.11.2009 - 17:59
Ağasəlim Mircavadov: Bu gün biz layiqli qələbə qazandıq
“Birinci hissədə komandamız bir qədər zəif oynadı”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadova məxsusdur.

Ölkə çempionatının XII turunda səfərdə “Bakı” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra Mircavadov bildirib ki, komandası ikinci hissədə öz oyununu göstərməyə başlayıb: “Fasilədən sonra üstünlüyü ələ aldıq və nəticədə rəqibin qapısına ardıcıl qollar vurmağa başladıq. Fikrimcə, bu gün biz layiqli qələbə qazandıq. “Bakı” ilə müqayisədə biz daha yaxşı oynadıq”.
0