“Mənim danışmağa sözüm yoxdur”
29.11.2009 - 18:13
“Mənim danışmağa sözüm yoxdur”
“Bütün sumqayıtlıları bu qələbə münasibəti ilə təbrik edirəm. Bu bizim ilk qələbəmizdir. Mənə müəyyən vaxt lazım idi. Bugünkü oyun göstərdi ki, komanda tədricən öz oyununu tapır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Sumqayıtın “Standard” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

Unibank Premyer Liqasında ilk qələbəsini XII turda “Muğan” üzərində reallaşdıran Sumqayıt təmsilçisinin çalışdırıcısı bildirib ki, yetirmələri yaradılan xeyli qol epizodlarından yalnız birindən istifadə edə bilib: “Bununla belə, ilk qələbəmizi qazandıq. Qarşıdakı oyunlarda daha yaxşı oynayacağıq”.

“Muğan”ın baş məşqçisi Kemal Alispahiçi isə danışmaq əvəzinə rəqibi təbrik edib: “Deyiləcək sözüm yoxdu. "Standard"ı tərbik edirəm".
0