Hüseynovun etirafı: Hər şey göz qabağındadır, “İnter” bizdən çox güclüdür
29.11.2009 - 18:23
Hüseynovun etirafı: Hər şey göz qabağındadır, “İnter” bizdən çox güclüdür
“Komandamın göstərdiyi oyunun səviyyəsi məni qane etmədi, çoxlu səhvlər buraxdıq, məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov “İnter”lə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Unibank Premyer Liqasının XII turunda Yevlaxda “İnter”ə məğlub olmalarını şərh edən Hüseynov bildirib ki, rəqib komandası ilə müqayisədə daha güclüdür: “Hər şey göz qabağındadır. "İnter" bizdən çox güclüdür".

Hüseynovun həmkarı Kaxaber Sxadadze isə bildirib ki, qazandıqları qələbəyə görə çox şaddır: “Çox vacib səfər oyunlarından biri idi. 3 xal qazandığımız üçün şadam. Bu qələbə nəticəsində liderliyimizi qoruduq. Bizim üçün çox vacib qələbə idi, "Karvan"a gələcək oyunlarda uğurlar arzulayıram”.

0