Əsgər Abdullayev Muğana gedir
30.11.2009 - 21:05
Az öncə “Olimpik-Şüvəlan”ın baş məşqçisi postundan uzaqlaşdırılan Əsgər Abdullayev yaxın zamanlarda yeni komandada çalışa bilər. Vəziyyəti heç də yaxşı olmayan Salyanın “Muğan” klubunun rəhbərliyinin bosniyalı çalışdırıcı Kemal Alispahiçlə yollarını ayıracağı və bu posta Abdullayevin gətiriləcəyi gözlənilir.
Artıq tərəflər arasında ilkin razılıq əldə olunduğu ancaq son qərarı komandanın sponsoru, ölkəmizdə fəaliyyət göstərən “Nurgün Motors” şirkətinin rəhbəri Nuru Əliyevin verəcəyi bildirilir.
“Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev isə bu xəbərləri təkzib edib. Onun sözlərinə görə, Əsgər Abdullayevlə hər hansı danışıq aparılmayıb.
Xatırladaq ki, Unibank Premyer Liqasında 12 oyundan 11 xal toplayan “Muğan” turnir cədvəlində 10-cu yerdədir.

- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0