“Olimpik-Şüvəlan”da yeni kapitan - FOTO
30.11.2009 - 23:21
“Olimpik-Şüvəlan”da yeni kapitan - FOTO
Bundan sonra "Olimpik-Şüvəlan" klubunda kapitan sarğısını Aqil Nəbiyev daşıyacaq. Apasport.az-ın komandanın saytına istinadən xəbərinə görə, yeni baş məşqçi Nazim Süleymanovun təşəbbüsü ilə keçirilən rəy sorğusunda Aqil komanda yoldaşlarının böyük çoxluğunun dəstəyini qazanıb. Futbolçuların rəyinə əsasən, həmçinin Elşən Poladov birinci, Cahangir Həsənzadə isə ikinci vitse-kapitan seçilib.

Qeyd edək ki, indiyədək kapitan vəzifəsini moldovalı legioner Sergey Laşenkov icra edirdi.
0