Rus məşqçidən ittiham: Azərbaycan klubları bir-biri ilə xalları bölüşürdü
01.12.2009 - 09:56
Rus məşqçidən ittiham: Azərbaycan klubları bir-biri ilə xalları bölüşürdü
Tanınmış rusiyalı mütəxəssis Arsen Naydenov Azərbaycan klublarını danışılmış oyunların iştirakçısı olmaqda ittiham edib. Apasport.az saytının məlumatına görə, uzun illər Soçinin “Jemçujina” komandasında çalışmış məşqçi SSRİ çempionatlarının ikinci dəstəsinin IX zonasında baş verənləri xatırlayıb.

Naydenov orada çıxış edən təmsilçilərimizin bir-biri ilə oyunlarının nəticələrini razılaşdırdığını iddia edir: “Mən Aşqabata 1982-ci ildə getdim. O vaxt “Kolxozçu” ikinci dəstənin IX zonasında çıxış edirdi. Burada Azərbaycan və Gürcüstanın hərəsindən bir neçə komanda var idi. Bizim üçün onlarla rəqabət aparmaq çox çətin idi. Onlar öz aralarında xalları bölürdülər. Xüsusilə, mövsümün sonlarında”.

Qeyd edək ki, Azərbaycan milli komandasının ilk kapitanı olan Nazim Süleymanov karyerasını məhz Naydenovun rəhbərliyi altında “Jemçujina” klubunda bitirib.
0