“Qarabağ” zirvədə qaldı, “Neftçi” 2, “Xəzər-Lənkəran” 1 pillə irəlilədi
01.12.2009 - 10:32
“Qarabağ” zirvədə qaldı, “Neftçi” 2, “Xəzər-Lənkəran” 1 pillə irəlilədi
Azərbaycan klublarının reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ bir ay əvvəl olduğu kimi, yenə “Qarabağ” başçılıq edir. Ötən ayla müqayisədə Unibank Premyer Liqasında 4 oyundan 3 xal toplayan ağdamlılar, həmçinin “İnter” xal ehtiyatını qoruya bilib. Noyabrda məğlubiyyət acısı dadmayan “Neftçi” xalını 18-ə yüksəltməklə, 2 pillə yüksəlib.

“Xəzər-Lənkəran”la “Muğan” da bir pillə irəliləyib. Özü də “Muğan” heç bir xal qazanmasa belə, ötən illə müqayisədə daha çox xal itirən “Karvan”ı qabaqlaya bilib. Daha böyük geriləmə isə “Qəbələ”nin payına düşür. Onlar çempionatda 2,5 xal toplasa da, kubok oyunundakı uğursuzluğu qəbələliləri geri salıb. Ötən mövsümlə müqayisədə kubok oyununda uğur qazanan “Standard” isə xal ehtiyatını bir qədər də artırıb.

1(1). “Qarabağ” 55,0 (55,0)
2(2). “Bakı” 36,0 (35,5)
3(3). “İnter” 27,0 (28,0)
4(4). “Simurq” 19,0 (19,5)
5(6). “Xəzər-Lənkəran” 19,0 (17,5)
6(8). “Neftçi” 18,0 (16,5)
7(5). “Qəbələ” 17,5 (18,5)
8(6). “Olimpik-Şüvəlan” 14,5 (17,0)
9(9). “Standard” 11,0 (10,5)
10(10). “Turan” 9,5 (8,0)
11(12). “Muğan” 7,0 (7,5)
12(11). “Karvan” 5,5 (7,5)
13(13). “Bakılı” 2,0 (3,5)
14(14). MOİK 0,0 (1,0)

Hazırladı: Rasim Əliyev
0