Kərim Benzema avtomobil qəzasına düşdü
01.12.2009 - 10:46
Kərim Benzema avtomobil qəzasına düşdü
Ötən bazar bütün dünyanın diqqət mərkəzində olan “El Klassiko” Madridin “Real” klubunun hücumçusu Kərim Benzemaya baha başa gəlib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı fransalı futbolçu prinsipial oyunda “Barselona”ya məğlubiyyətdən (0:1) sonra avtomobil qəzasına düşüb.

Hadisə Madrid yaxınlığında baş verib. Komandanın məşqindən qayıdan futbolçunun idarə etdiyi “Audi” əvvəlcə hasara, ardınca palıd ağacına çarpılıb. Amma Benzema xəsarət almayıb ki, buna da səbəb təhlükəsizlik yastığının vaxtında işə düşməsi olub.

Qeyd edək ki, bu ilin iyulunda 35 milyon avroya Fransanın “Lion” klubundan transfer edilən Benzema “Real”ın heyətində keçirdiyi 14 oyunda 8 qol vurub.
0