Qyoko Hacıyevskinin Kipr çempionatında debütü uğursuz oldu
01.12.2009 - 11:15
“Bakı” klubunun sabiq baş məşqçisi Qyoko Hacıyevski Kipr çempionatında debüt edib. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis yeni təyin olunduğu “Atromitos” komandasını ilk oyuna çıxarıb. Hacıyevskinin yeni iş yerində “siftə”si uğursuz olub. Belə ki, onun komandası B kateqoriyası adlanan ikinci dəstənin XI turunda “Ol Nikosiya” klubuna öz meydanında 2:3 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra hesabında 12 xal olan Hacıyevskinin komandası 14 klub arasında 11-ci yerə düşüb. Bu isə ötən mövsüm A kateqoriyasında oynamış komandanın C dəstəsinə yuvarlanmaq təhlükəsindən xəbər verir.
Qeyd edək ki, Hacıyevski 2007-2009-cu illərdə “Bakı” klubuna rəhbərlik edib.
Qeyd edək ki, Hacıyevski 2007-2009-cu illərdə “Bakı” klubuna rəhbərlik edib.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0