2 günlük V tur
01.12.2009 - 12:04
2 günlük V tur
Üç həftəlik fasilədən sonra sabah Avroliqada mübarizəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, V turun oyunları əvvəlki turlardan fərqli bir yox, iki gündə baş tutacaq.

Bu səbəbdən Türkiyə təmsilçiləri “Fənərbaxça” və “Qalatasaray”ın oyunları ayrı-ayrı günlərdə baş tutacaq. “Cim Bom”la müqayisədə 1/16 finala çıxması hələ rəsmiləşməyən “Fənər” sabah buna Hollandiyada nail olmağa çalışacaq. Superliqanın hazırkı lideri “Tvente”ni yenəcəyi halda, həm növbəti mərhələyə vəsiqə qazanacaq, həm də qrup qalibi olacaq. “Fənər” səfərdə heç-heçə sayəsində də istəyinə çata bilər. Bu, “Şerif” – “Styaua” matçında meydan sahiblərinin xal itkisi sayəsində baş verəcək.

“Qalatasaray” 1/16 finala vəsiqəni hələ ötən tur qazansa da, “Panatinaikos”la ev oyunu böyük əhəmiyyət kəsb edir. Belə ki, “Əli Sami Yen”də qələbə “Cim Bom”un sona bir tur qalmış qrup qalibi olmasını rəsmiləşdirəcək. Bundan əlavə, Türkiyənin Yunanıstan təmsilçiləri ilə görüşləri həmişə prinsipial xarakter daşıyır. “Qalatasaray” qrupda ilk oyununda məhz “Panatinaikos”u səfərdə üstələməklə, məğlubiyyətsiz oyunlar seriyasına başladı.

2 dekabr

A qrupu

00:05. “Timişoara” – “Ayaks”
00:05. “Anderlext” – “Dinamo” (Zaqreb)

B qrupu
00:05. “Valensiya” – “Lil”
00:05. “Slaviya” (Praqa) – “Cenoa”

C qrupu
00:05. “Seltik” – “Hapoel” (Təl-Əviv)
00:05. “Hamburq” – “Rapid” (Vyana)

G qrupu
22:00. “Zalsburq” – “Latsio”
22:00. “Levski” – “Vilyarreal”

H qrupu
22:00. “Şerif” – “Styaua”
22:00. “Tvente” – “Fənərbaxça”

I qrupu
22:00. BATE – “Benfika”
22:00. AEK – “Everton”

3 dekabr

D qrupu
00:05. “Ventspils” – “Herta”
00:05. “Sportinq” – “Herenveen”

E qrupu
00:05. “Fulhem” – MOİK (Sofiya)
00:05. “Roma” – “Bazel"

F qrupu
00:05. “Qalatasaray” – “Panatinaikos”
00:05. “Dinamo” (Buxarest) – “Şturm”

J qrupu
22:00. “Şaxtyor” – “Brügge”
22:00. “Tuluza” – “Partizan”

K qrupu
22:00. PSV – “Sparta”
22:00. “Kopenhagen” – ÇFR

L qrupu
22:00. “Austriya” (Vyana) – “Atletik”
22:00. “Verder” – “Nasional”

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.