Rusiya mətbuatı Şahin Diniyevin fəaliyyətinə qiymət verdi
02.12.2009 - 11:11
Rusiya mətbuatı son 5 oyunda “Terek”i çalışdıran Şahin Diniyevin işinə qiymət verib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Rusiya Premyer Liqasında başa çatan mövsümdə çalışmış 26 məşqçi arasında sonuncular sırasında yer alıb.
Diniyev “Sport-Ekspress” qəzetinin mövsümün yekunu ilə bağlı hazırladığı yazıda almaniyalı Yurgen Reber və rusiyalı İqor Çuqaynov kimi ən aşağı qiymət alıb – 4. Müvafiq olaraq, “Saturn” və “Ximki”də baş məşqçi işləmiş Reberlə Çuqaynov həmyerlimiz kimi, ötən mövsümdə tam işləməyib.
Rusiyalı həmkarlarımız 43 yaşlı Diniyevin işini qısaca belə dəyərləndirib: “Şahin Diniyevin fəaliyyətində heç bir bəhrə aşkara çıxartmaq mümkün olmadı. Komanda yeni mövsüm üçün çeçen gənclərinin sınaqdan keçirilməsi ilə məşğul oldu. Özü də “Terek” yeni məşqçinin rəhbərliyi altında beş oyunda beş məğlubiyyət aldı”.
Ruslar Diniyevin “Terek”də sələfi olan, istefa verən həmyerliləri Vyaçeslav Qroznıya 5,5 qiymət verməklə, onu məşqçimizdən üstün tutub. Təbii ki, ən yüksək qiyməti Kazanın “Rubin” klubunu ardıcıl ikinci dəfə çempion edən Qurban Berdıyev qazanıb – 8.
Qeyd edək ki, mövsümə 5 tur qalmış “Terek”in gənclərdən ibarət komandasından əsas komandanın sükanı arxasına gətirilən Diniyev xal üzünə həsrət qaldı. O, 5 görüşdən 4-ü səfərdə (“Krılya Sovetov” və “Zenit”ə 0:2, MOİK-ə 0:1, “Nalçik “Spartak”ına 2:4), yalnız 1-i (“Kuban”a 0:1) evdə keçirib. Diniyev ötən mövsüm Rusiya Premyer Liqasında xal qazana bilməyən üç məşqçidən biri oldu.

0
0