Mahir Şükürov: Bu söhbətlər haradan çıxdı?
02.12.2009 - 11:39
“Mən komandadan kənarlaşdırılmamışam. Necə kənarlaşa bilərəm ki, indi məşqə çıxıram. Başa düşmürəm, bu söhbətlər haradan çıxıb?” Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun bə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov deyib.
Ölkə mətbuatında 27 yaşlı futbolçunun ötən yay qayıtdığı paytaxt təmsilçisindən uzaqlaşdırıldığı barədə dezinformasiya yayılıb. Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun meneceri ilə müqavilə imzalayan Şükürov karyerasını vətəndən kənarda davam etdirmək istəyir: “Alman menecerlə müqavilə imzalasam da, hələlik yenilik yoxdur. İndi bütün diqqətimi “İnter”in qalan oyunlarına yönəltmişəm. Çempionat davam edir. İlin sonunadək hələ 5 oyunumuz var. “İnter”lə müqaviləm başa çatmadığından, hansısa komandaya sərbəst keçə bilmərəm. Menecerim klub rəhbərliyi ilə danışıqlar aparır. Əgər konkret təklif olarsa, danışıqlar gedərsə, taleyimə “İnter”in prezidenti qərar verəcək. “Amkar”, ümumiyyətlə, Rusiya variantı ilə bağlı konkret bir şey deyə bilmərəm”.
Qeyd edək ki, “İnter”lə yanaşı, “Şəfa”, “Gənclərbirliyi”, “Karvan”, “Neftçi”, “Xəzər-Lənkəran”, “Olimpik” klublarında forma geyinən Şükürov ölkədən kənarda Türkiyə birinci liqasında mübarizə aparan “Antalyaspor”da oynayıb. Amma həmyerlimiz bu komandanın heyətində cəmi bir oyun keçirdikdən sonra vətənə dönüb.

0
0