“Neftçi”nin qənimi döyüldü və məşqə gecikdi
02.12.2009 - 12:24
Rusiya MOİK-nin braziliyalı futbolçusu Vaqner Lav azarkeşlərin hücumuna məruz qalıb. Apasport.az saytının məlumatına görə, icarə əsasında Braziliyanın “Palmeyras” klubunun şərəfini qoruyan hücumçunu yaxalayan fanatlar onunla haqq-hesab “çürütmək” istəyib.
San-Paulu şəhərindəki bank şöbələrinin birinin qarşısında 3 nəfər Vaqnerə yaxınlaşıb. Onun zəif oyunundan narazılıqlarını sərt şəkildə bildirən azarkeşlərdən biri futbolçuya sual da verib: “Sən nə vaxtsa qol vuracaqsan, yoxsa yox”.
Nəticədə dava-dalaş başlayıb ki, yüngül xəsarətlə qurtulan Lav məşqə də gecikib. Fanklub üzvü olan hər 3 azarkeş tezliklə yaxalansa da, onlar ilk zərbənin Vaqnerdən gəldiyini iddia edir.
Qeyd edək ki, Lav MOİK karyerasını “Neftçi” ilə oyunda başlayıb. 2004/05 mövsümünün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Moskvadakı cavab oyununda ilk dəfə rus klubunun şərəfini qoruyan Vaqner qol vurmaqla, təmsilçimizin mərhələ keçmək arzusunu gözündə qoymuşdu.

0
0