“Bakı” Feliksə qapını göstərdi
02.12.2009 - 13:15
“Bakı” Feliksə qapını göstərdi
“Bakı” rəhbərliyi braziliyalı hücumçu Feliks Felipe Almeydanı komandadan qovub. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, ilin sonunadək Nalçik “Spartak”ından icarəyə götürülən 24 yaşlı legioneri saxlamağı lazım bilməyiblər. Feliksin qovulmasına səbəb Premyer Liqanın XII turunda “Xəzər-Lənkəran”la görüşdən sonra etdiyi intizamsız hərəkətdir.

“Futbolçu ilk növbədə peşəkar olmalıdır. Ancaq Feliks həmin vəziyyətdə bunun əksini göstərdi. Ona ehtiyac olduğumuz vaxtda komandanı çətin vəziyyətdə qoydu. Oyundan sonra hakimə qarşı davranışına görə qırmızı vərəqə aldı. AFFA-nın İntizam Komitəsi də onu cəzalandırdı. Biz Feliksin məsələsini rəhbərlik səviyyəsində müzakirə etdik, baş məşqçi Bülənt Korkmazın da fikrini öyrəndik. Sonda belə qərara gəldik ki, onu komandadan xaric edək. Felipe vətəninə qayıdır.”

Qeyd edək ki, avrokuboklardan fərqli, “Bakı”da çempionat oyununda qol vura bilməyən Feliks yalnız ölkə kubokunda “Bakılı” ilə matçda (6:0) dubl etmişdi.
0