Mundialın püşkatması üçün milli komandalar səbətlərə bölündü
02.12.2009 - 14:02
Mundialın püşkatması üçün milli komandalar səbətlərə bölündü
2010-cu il dünya çempionatının final mərhələsinin püşkatması zamanı milli komandaların hansı səbətlərdə yer alacağı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA 32 yığmanı gücü və zonası üzrə 4 yerə bölüb.

Planetin 7 ən güclü komandası və meydan sahibləri olacaq CAR futbolçuları I səbətdə yer alıb. Digər səbətlər isə konfederasiyalar üzrə təşkil olunub. Eyni qitə təmsilçilərinin artıq qrupda üz-üzə gəlməməsi üçün Asiya və Şimali-Mərkəzi Amerika, həmçinin Okeaniya təmsilçiləri II, Afrika və Cənubi Amerika ölkələrinin yığmaları isə III səbətə salınıb. Avropa komandaları isə sonuncu səbəti doldurub.

I səbət: Braziliya, İspaniya, Hollandiya, İtaliya, Almaniya, İngiltərə, Argentina, CAR.

II səbət: Avstraliya, Yaponiya, Cənubi Koreya, KXDR, Honduras, Meksika, ABŞ, Yeni Zelandiya.

III səbət: Əlcəzair. Kamerun, Kot divura. Qana, Nigeriya, Çili, Paraqvay, Uruqvay.

IV səbət: Danimarka, Fransa, Yunanıstan, Portuqaliya, Serbiya, Slovakiya, Sloveniya, İsveçrə.

Qeyd edək ki, gələn il CAR-da təşkil olunacaq dünya çempionatının püşkü dekabrın 4-də atılacaq.
0