“Muğan” rəhbərliyi milli komandanın məşqçisi ilə anlaşdı
02.12.2009 - 14:36
“Muğan” rəhbərliyi milli komandanın məşqçisi ilə anlaşdı
Kemal Alispahiçin istefaya göndərilməsindən sonra Salyanın “Muğan” klubunun yeni baş məşqçisi bəlli olub. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Onun sözlərinə görə, yenə də bosniyalı mütəxəssisə etibar ediblər.

“Onsuz da əvvəlki baş məşqçimiz Kemal Alispahiçin köməkçisi olan Almir Hurtiçlə müqaviləmiz var. Alispahiçi istefaya göndərəndən sonra Hurtiçin vəzifəsini artıraraq, baş məşqçi təyin etmişik. Onunla əməkdaşlığımızı baş məşqçi kimi davam etdiririk. Əsgər Abdullayevin namizədliyinə gəlincə, bu barədə mətbuatdan oxumuşam. Onu deyim ki, bu mütəxəssislə heç bir görüş olmayıb, danışıqlar aparılmayıb”.

Qeyd edək ki, Hurtiç vaxtilə Bosniya və Herseqovina yığmasında Alispahiçlə birgə çalışıb. Hazırda isə ölkəsinin 21 yaşlılardan ibarət yığmasında məşqçi kimi çalışır.
0